Amerikalı kompüter üzrə mütəxxəsis, Aidyia Holdings-in baş elmi işçisi Ben Qortzel, insan qədər ağıllı süni intellektin yaxın üç il ərzində meydana çıxa biləcəyini istisna etməyib.
SİA-nın əldə etdiyi məlumata görə, Beneficial AGI Summit 2024-də çıxış edən mütəxxəsis süni intellekt tədqiqatlarının çox sürətli inkişaf dövrünə qədəm qoyduğunu bildirib.
O, süni intellektin bir çox sahədə insanlar kimi ağıllı olduğunu da söyləyib.
Tədqiqatçı belə bir AGI agentinin 2029 və ya 2030-cu ildə peyda olacağını bildirib.
Amma bununla belə, o, bəşəriyyətin onu 2027-ci ildə də yaratmaq ehtimalını istisna etməyib.
...Yeri gəlmişkən, etiraf edək ki, süni intellekt sistemləri bir sahədə insanlardan daha bacarıqlı olsalar da, ümumilikdə onları ötüb keçə bilməzlər.
Məsələn, ChatGPT dil modeli insan kimi düşünməkdə çətinlik çəkir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB