"Tezliklə proqramçılara ehtiyac olmayacaq..."

Bu arada NVIDIA-nın baş direktoru Jensen Xuanq Dubay sammitində, müasir gənclərin proqramlaşdırma dillərini öyrənmək üçün səy göstərməsinə ehtiyac olmadığını bildirib.

Qeyd edək ki, o, səylərini başqa biliklərin əldə edilməsinə yönəltməyin daha yaxşı olduğunu vurğulayıb. Xuanqın fikrincə, süni intellekt bütün proqramçıları əvəz edə biləcək, çünki o, adi insan dilində tərtib edilmiş tapşırıqlar əsasında kod yazacaq.

...Tez-tez deyirlər ki, gənclərin proqramlaşdırmanı öyrənməsi həyati əhəmiyyət kəsb edir. Əslində, demək olar ki, bu tam əksinədir. Məqsədimiz heç kimin proqramlaşdırmalı olmadığı kompüter texnologiyası yaratmaqdır. Beləliklə, insan dili proqramlaşdırma dilinə çevrilir. Bu gün dünyada hər kəs proqramçıdır. Bu, süni intellektin möcüzəsidir.

SİA-nın əldə etdiyi məlumata görə, daha çox səs-küylü açıqlamaları ilə tanınan Jensen Xuanq biliklərin daha faydalı sahələrinə yiyələnməyi məsləhət görür.

O, bunlara istehsal sahələrini, kənd təsərrüfatını, biologiyanı, təhsili daxil edib.

Beləliklə, texnologiya nəhənginin rəhbəri hesab edir ki, bu sahələrdə daha dərin bacarıqlar süni intellekt üçün sorğuların ən keyfiyyətli formalaşdırılmasına imkan verəcək.

Deyilənlərə görə o, müvafiq proqram məhsulunu hazırlayacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə