Alimlər marketoloqlara insan beyninə nüfuz etməyə kömək edəcəklər

...Beyin fəaliyyətindən və dərinin elektrik keçiriciliyindən əldə edilən məlumatlara əsasən, insan duyğularını yüksək dəqiqliklə proqnozlaşdırmaq olar.

SİA-nın əldə etdiyi məlumata görə, Nyu Cersi Texnologiya İnstitutunun alimləri əldə edilən məlumatlardan marketinqdə istifadə etməyi təklif edirlər.

İndiki vaxtda əksər bazar araşdırmaları insanların özlərinin hesabatlarına əsaslanır. Məsələn, onlardan müəyyən qiymətlərə və ya videolara reaksiyaları bildirmələri xahiş olunur. Daha dəqiq məlumatları neyromarketinqdən əldə etmək olar, burada emosiyalar haqqında məlumat müxtəlif sensorlar vasitəsilə əldə edilir.

Yeni bir araşdırmada tədqiqatçılar müəyyən etdilər ki, beyin fəaliyyətini aşkar edən elektroensefaloqramma sensorları və dərinin elektrik aktivliyi (SEA) sensorlarından istifadə insanların marketinq stimulları ilə bağlı hisslərini daha dəqiqliklə proqnozlaşdıra bilir.

Tədqiqatçılar bildiriblər ki, gələcək tədqiqatlar bu yanaşmadan istehlakçıların müxtəlif məhsullara olan üstünlüklərini proqnozlaşdırmaq, həmçinin işçilərin məmnuniyyətini və ya məhsuldarlığını qiymətləndirmək üçün istifadə edə bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə