Huawei bir həftəlik batareyası olan "qəpiklik" smartfona sahibdir

Bu arada “Huawei” bazara ən büdcəli smartfonlarından birini təqdim etdi – “Huawei Enjoy 70z”.

Qeyd edək ki, bu simartfon hər şeydən əvvəl, nəhəng batareyası, böyük ekranı və enerjiyə qənaət edən çipsetləri ilə seçilir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Gizmochina” yazır.

“Huawei Enjoy 70z”-in əsas xüsusiyyəti onun 6000 mAh batareyasıdır. Şirkət iddia edir ki, bir dəfə doldurulan tam batareya normal (gündə 4 saat) istifadə ilə bir həftə davam edəcək.

Üstəlik, smartfon digər qadcetlər üçün güc bankı kimi istifadə edilə bilər.

Telefon həmçinin HD+ (1600 x 720 piksel) təsvir ölçülü 6,75 düymlük IPS ekrana və ekranın bədənə nisbəti 90,26 faiz, Kirin 710A prosessoruna, 8/256 GB yaddaşa və 22,5 Vt enerji yığmasına malikdir.

Ön kamera 8 meqapiksel, əsas kamerada 13 və 2 meqapiksellik sensorlar var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə