Alfa Bank mobil operatorunu işə salır

Alfa Bank 2024-cü ilin ikinci yarısında öz mobil operatorunu işə salmaq istəyir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə

“İnterfaks” Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin məlumatlarına istinadən məlumat yayıb.

Şirkət artıq rabitə xidmətləri sahəsində törəmə müəssisəsini - Alfa-Mobile MMC-ni qeydiyyatdan keçirib.

Bankın pərakəndə biznesinin direktoru İvan Pyatkovun “İnterfaks”-a verdiyi məlumata görə, yeni brend olan Alfa Mobile mobil operatoru biznes tərəfdaşları axtarır və öz xidmətlərini Alfa qrupunun müştərilərinə təklif etməyə hazırlaşır.

Xatırladaq ki, Sberbank, Tinkoff Bank, VTB və Qazprombank da virtual mobil operatorlara malikdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə