iPhone 16 Pro-nun korpus rəngləri məlum olub

Sosial şəbəkələrdə Majin Bu ləqəbi ilə gizlənən məşhur Apple insayderi iPhone 16 Pro seriyasında iki yeni rəngin görünəcəyini bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, flaqman smartfonlar Desert Titanium və Titanium Grey rənglərində buraxılacaq.

Birincisi, iPhone 14 Pro üslubunda, lakin daha dərin tonlarda olan yeni qızıl kölgəsidir. İkincisi, uzun illər əvvəl iPhone 6-da istifadə edilən "kosmik boz" rəngini çox xatırladır. iPhone 16 Pro-nun yeni rəngləri renderlərdə göstərilib.

Beləliklə, yeni qızılı və boz kölgə ilk dəfə iPhone 15 Pro-da görünən “Titanium Blue” və “Natural Titanium”u əvəz edəcək. Müştərilər həmçinin standart variantları – ağ və qara seçə biləcəklər.

Qeyd olunur ki, “Apple” pərəstişkarlarının sevimli rənglərindən biri “kosmik boz” olaraq qalır və bu rəng indi təkcə iPhone-lar üçün deyil, həm də MacBook-lar üçün istifadə olunur.

Və 2013-cü ildə Apple qızılı iPhone 5s-i buraxdı; rəng smartfonlar xəttində möhkəm oturub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə