Viber sahibi peyk rabitəsi texnologiyasını işə salır..?

Viber-in sahibi Rakuten Group-un baş icraçı direktoru Hiroşi Mikitani problemli mobil operatoruna daha çox müştəri cəlb etmək üçün peyk texnologiyasından istifadə etməyi planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Bloomberg yayıb.

Amerikanın AST SpaceMobile şirkəti ilə əməkdaşlıq çərçivəsində 2026-cı ildən Rakuten şəbəkəsinin istifadəçilərinə zəng etmək və internetə çıxış üçün peyk xidmətlərindən istifadə etmək imkanı verilməsi planlaşdırılır.

…Hazırda layihə texniki çətinliklərlə üzləşir, ona görə də xidmətlərin vaxtı və həcmi dəyişə bilər.

Əhatə dairəsini genişləndirmək üçün peyklərdən istifadə getdikcə daha populyar bir seçimdir. Qeyd edək ki, bunu Apple və Huawei-nin öz smartfonlarına peyk imkanları əlavə etməsi nümunələri nümayiş etdirir.

Rakutenin məqsədi Yaponiyanın əlçatmaz və ucqar bölgələrini əhatə etmək eləcə də fövqəladə hallar zamanı dəyərli alətə çevrilməkdir.

Rakuten artıq mobil xidmətlər bazarında müəyyən uğur qazanıb ki, bu da şirkətə ötən illə müqayisədə itkilərini azaltmağa kömək edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə