…ABŞ-ın Milli Aerokosmik Agentliyinin cümə axşamı, fevralın 15-də verdiyi məlumata görə, Amerikanın Intuitive Machines şirkətinin Nova-C Ay eniş aparatı kosmosa buraxılıb.

SİA-nın əldə etdiyi məlumata görə, qurğu iş adamı İlon Maskın Amerika aerokosmik şirkəti SpaceX-in Falcon-9 daşıyıcı raketi ilə istənilən trayektoriyaya buraxılıb.

Falcon 9 yerli vaxtla saat 01.05-də Floridada Kanaveral burnunda yerləşən Con Kennedi Kosmik Mərkəzindən orbitə buraxılıb.

İlkin olaraq buraxılış fevralın 14-ü səhərə planlaşdırılsa da, lakin texniki nasazlıq səbəbindən bir gün təxirə salınıb. “Odyssey” adı verilən Nova-C modulunun fevralın 22-də Yerin təbii peykinin səthinə çıxacağı gözlənilir.

O, Ayda 14 gün işləməlidir.

Modul faydalı yük kimi altı NASA tədqiqat alətini daşıyır. Onlar eniş zonasında ətraf mühiti öyrənməli, eləcə də astronavtların geri qayıtmasına yol hazırlayacaq təcrübələr aparmalı olacaqlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə