Apple virtual reallıq eynəkləri satışda, amma...

...Apple-dan sensasiyalı yeni məhsulun - Vision Pro qarışıq reallıq qulaqlıqlarının satışına başlanılıb. Onlar nə üçündür?

SİA bu barədə xaricə saytlarına istinad edir.

Rəsmi olaraq Apple gadgetı hazırda yalnız ABŞ-da satılır. Amma o, artıq başqa ölkələrin reklam saytlarında da peyda olub.

Apple Vision Pro cihazı bəlkə də 2024-cü ilin əvvəlinin ən innovativ məhsulu hesab olunur. Yeni məhsul dərhal öz pərəstişkarlarını tapıb. Bu təəccüblü deyil: qulaqlıq virtualın fiziki reallığını özündən əvvəl heç kimin görmədiyi şəkildə tamamlayır.

Amerikada rəsmi satışa başlayandan bir həftə sonra cihaz digər internet saytlarında da peyda olub. Məşhur elanlar saytında bu cihazın minimum qiyməti 4900 dollar təşkil edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə