Rusiyada, YouTube-da bloggerlərin qara siyahısı yaradılır?

Rusiya Federasiyasının İctimai Palatası “YouTube”da məzmun yerləşdirən rusiyalı bloqqerlərin qara siyahısını hazırlayır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RTVI telekanalına medianın və kütləvi kommunikasiyaların inkişafı üzrə müavini Aleksandr Malkeviç bildirib.

Məmurun sözlərinə görə, məlumatlar repressiv hərəkətlər üçün deyil, müəyyən baza yaratmaq üçün lazımdır. Malkeviç onu da bildirib ki, İctimai Palata yaxın gələcəkdə məşhur rus bloggerlərinin YouTube-dan yerli RuTube platformasına köçürülməsi konsepsiyası üzərində düşünəcək.

Eyni zamanda, ictimai siyahılar lazımdır ki, insanlar Amerika xidmətinə üstünlük verən və Rusiya ilə onlayn əməkdaşlıq etmək istəməyən fikir liderləri haqqında məlumat əldə etsinlər.

Bunu deyən Malkeviç həmçinin bütün bloqçuları daha çox təhlükəsizlik, eləcə də etibarlılıq üçün tətbiqlərin və hostinqin rus analoqlarına keçməyə çağırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə