8-ci Türkiyə Milli Antarktika Elmi Ekspedisiyası yola düşüb
Türkiyə Prezident Aparatının himayəsi, Sənaye və Texnologiya Nazirliyinin məsuliyyəti, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası və TÜBİTAK Mərmərə Araşdırma Mərkəzi Qütb Araşdırma İnstitutunun koordinasiyası ilə 8-ci Milli Antarktika Elmi Ekspedisiyasını həyata keçirəcək nümayəndə heyəti (MAM) İstanbuldan yola düşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
20 nəfərlik elmi heyət və 3 lisey şagirdindən ibarət komanda İstanbul Hava Limanından Türkiyə Hava Yollarına (THY) məxsus təyyarə ilə ilk olaraq Braziliyanın Sao Paulo şəhərinə gedəcək və oradan Antarktidanın Kral Corc (King George) adasına yollanacaq.
TÜBİTAK MAM Qütb Araşdırmaları İnstitutunun direktoru və 8-ci Milli Antarktika Elmi Ekspedisiyasının koordinatoru, professor Burcu Özsoy hava limanından yola düşməzdən əvvəl verdiyi açıqlamada komandanın ekspedisiyaya hazır olduğunu bildirərək deyib: “Komandaya elmi araşdırma aparmaq üçün müxtəlif qurumlarda çalışanlar daxildir”.
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır sosial media hesabında sözügedən mövzu ilə bağlı bunları yazlb: "Alim və tədqiqatçılarımız yenidən Antarktidaya yollanır. 8-ci Türkiyə Milli Antarktika Elmi Ekspedisiyası İstanbuldan yola düşüb. Ekspedisiyada iştirak edən 20-si türkiyəli, 4-ü xarici olmaqla 24 alim 22 müxtəlif layihə üzərində çalışacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB