Yapon yazıçı romanının ChatGPT tərəfindən yazıldığını etiraf edib
…Yapon Ədəbiyyatı Mükafatı laureatı Ri Kudan fantaziya romanının təxminən beş faizini yazmaq üçün ChatGPT-dən istifadə etdiyini etiraf edib.
SİA xəbər verir ki, bu barədə RFI məlumat yayıb.
Qeyd edək ki, Ri Kudanın son romanı “Tokio Simpatiya Qülləsi” münsiflər heyəti tərəfindən “əla” qiymətləndirilib və iki ildən bir verilən Akutaqava Mükafatını qazanıb.
Futuristik Tokioda yer alan və çoxmərtəbəli həbsxana qülləsi və memarın cinayətkarlara qarşı dözümsüzlüyü ətrafında fırlanan roman süni intellekt mövzusunu araşdırır.
…Bu kitabı yazarkən mən ChatGPT kimi generativ süni intellektdən geniş istifadə etdim.
Xatırladaq ki, yazıçı bunu qalib elan edildikdən sonra keçirilən mərasimdə bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB