YouTube video hostinqi rusiyalı rejissor Nikita Mixalkovun “Besogon TV” kanalını bloklayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.
Xidmətin mətbuat xidməti qeyd edib ki, hesab YouTube-un ayrı-seçkilik xarakterli nitqlə bağlı qaydalarının çoxsaylı və ya ciddi şəkildə pozulmasına görə bloklanıb.
Xatırladaq ki, 2014-2024-cü illərdə videohostinq müxtəlif səbəblərdən Rusiyanın bir çox siyasi və ictimai xadimlərinin, bloqçularının, ulduzlarının səhifələrini bloklayıb.
Xüsusilə, 2023-cü ilin yanvarında xidmət 500 min abunəçisi olan politoloq Dmitri Nikotinin, iyulda isə yazıçı Zaxar Prilepinin 300 min abunəçisi olan kanalını bloklayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB