"Hər bir güclü texnologiyanın mənfi tərəfi də güclü olur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Müsbət tərəfləri ondan ibarətdir ki, süni intellektin gücü çox böyükdür, bizə çoxlu dəyər gətirə bilir. Necə ki, 80 il bundan qabaq bir ofis işləyirdi, hesablamalar aparırdı, hər kəs öz hesablama maşınında hesablama aparırdı. Hazırda bunlara ehtiyac yoxdur, “Excel” proqramı vasitəsilə bu işlərin hamısını yerinə yetirə bilirik. Eyni formada süni intellektə baxa, gördüyümüz işləri ona həvalə edə bilərik. Bu dünyada yüksək səviyyədə fayda yaradacaq. Bütün işlər insan əməyi olmadan həll olunacaq. Bu əslində gözəldir. Bu o deməkdir ki, siz hansı peşəyə gəlirsinizsə, bu peşədə dərhal sizin bir assistentiniz olur". Bu sözləri SİA-ya insan-robot ünsiyyət mütəxəssisi Maral Qurbanzadə deyib.

"Necə ki, biz indi kompüterdən istifadə edirik, bundan əvvəl kompüter yox idi, insanlar peçat maşınında yazmalı olurdular. Eyni formada da gələcəkdə kompüterdən istifadə etmək lazım olmayacaq, yanımızda bir robot gəzəcək, hansı ki, ona “x bir yerə gedirəm, mənə ərizə yazmaq lazımdır” deyəcəyik və o bizim yerimizə yazacaq. İnsanlar düşünürlər ki, süni intellektə keçid olunsa, artıq görüləcək iş olmayacaq, bu elə deyil. Dünya çox maraqlıdır və həddən artıq məşğul olmağa işlər var. Sadəcə biz iş görməyə, işləməyə o qədər öyrəşmişik ki, başa düşmürük süni intellekt bizim istəmədiyimiz işləri üstümüzdən götürəcək. Süni intellektən istifadə edərək öz işimizi daha maraqlı və daha asan edə bilərik",- deyə o əlavə edib.

Onun sözlərinə görə, mənfi tərəfləri ondan ibarətdir ki, məlumatlar süni intellektə ötürülür və onların məxfiliyi çox böyük bir problemdir: "Süni intellektin insan cəmiyyətinə hansı təsirləri göstərəcək bilmirik. Bu cəmiyyətin dinamikasından asılıdır. Bunu proqnozlaşdırmaq çətindir.

Biz fikirləşməliyik ki, hər bir güclü texnologiyanın mənfi tərəfi də bir o qədər güclü olur. Nə qədər dəyər gətirə bilərsə, o qədər də bizim vəziyyətimizi pisləşdirə bilər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə