Yaxın zamanda Whatsapp statusunuzu Instagram hekayənizdə tək toxunuşla paylaşa biləcəksiniz.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Whatsapp görüntülü zəngləşmə sırasında ekran paylaşma bacarığını da test edir. Bu zaman yalnız ekranı deyil, səsinizi də paylaşa biləcəksiniz.

Sevdiklərinizlə birlikdə Whatsapp üzərindən film izləmək mümkün olacaq.

Üçüncü yenilik kimi istifadəçi adı gələcək. Ünsiyyətə keçmək üçün telefon nömrənizi paylaşmadan istifadəçi adıyla Whatsappı işlədə biləcəksiniz.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə