Amerika texnologiya nəhəngi “Google” “Android” proqram mağazası “Google Play Store” ilə rəqabəti boğmaq ittihamı ilə ona qarşı açılan antiinhisar iddiasında 700 milyon dollar ödəməyə razılaşıb.
San-Fransisko federal məhkəməsindən açıqlanan məhkəmə sənədlərində “Google”un istehlakçılara 630 milyon dollar, ABŞ-ın ştatlarına isə 70 milyon dollar ödəməyə razı olduğu bildirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bundan əlavə, “Google” yaxın 5 il ərzində müştərilərinə “Play Store”dan başqa platformalardan “Android” cihazlarına proqramlar yükləməyə icazə verəcək.
“Google”a qarşı açılan antiinhisar iddiasında o, tətbiqlərə qeyri-qanuni məhdudiyyətlər qoyaraq müştərilərinə əlavə ödənişlər tətbiq etməkdə təqsirləndirilib.
“Google” həmçinin tətbiqdaxili satınalmalarda 15-30 faiz komissiya alır.
Qeyd edək ki, ABŞ-da yerləşən video oyun istehsalı və inkişafetdirmə şirkəti olan “Epic Games” dekabrın 11-də tətbiqdaxili ödənişlərə görə “Google”a qarşı qaldırdığı antiinhisar işini qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB