Tədqiqatçılar kimyəvi analizlər əsasında şərabın mənşəyini müəyyən etmək, həmçinin onlarla birləşmənin konsentrasiyasında incə xüsusiyyətlərə görə şərabları fərqləndirmək üçün süni intellekt alqoritmini öyrədiblər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Beləliklə, süni intellekt şərabları yalnız müəyyən bir üzümçülük bölgəsinə görə deyil, həm də onların istehsal edildiyi mülkə görə tanıya bilər. Üzüm və torpaqdan mikroiqlim və şərabçılıq prosesinə qədər bir çox amillər hər bir şatoda olan şərabların tərkibindəki birləşmələrin konsentrasiyasına təsir göstərir.
Doğrudan da , bu gün çoxlu şərab fırıldaqları var ki, haradasa, deyək elə qarajlarında iyrənclik edir, etiketlər çap edib minlərlə dollara satırlar.
Biz ilk dəfə olaraq nümayiş etdiririk ki, kimyəvi üsullarımız fərqi müəyyən etmək üçün əhəmiyyətli həssaslığa malikdir
Qeyd edək ki, bunu İsveçrənin Cenevrə Universitetinin professoru Alexandre Puje bildirib.
Proqramı süni intellektlə öyrətmək üçün alimlər qaz xromatoqrafiyasına müraciət ediblər. Fransanın Bordo bölgəsindəki yeddi fərqli mülkdən 80 şərabı təhlil etmək üçün istifadə edilmişdir. Bu texnika qarışığı meydana gətirən birləşmələri ayırmaq və müəyyən etmək üçün adətən laboratoriyalarda istifadə olunur.
Amma maraqlıdır ki, tədqiqat klasterlərin maraqlı mövqeyini göstərdi - onlar müvafiq mülklərin yerini təsvir ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə