Nazirlər Kabineti kosmik-peyk rabitə vasitələrinin istehsalı və istismarı ilə bağlı qərar verib
Nazirlər Kabineti 8 may 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, əlavə şərtlərdə kosmik-peyk rabitə vasitələrinin istehsalı və istismarına ayrıca yanaşma aradan qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə