"Microsoft" Xbox brendi altında saatlar buraxacaq

“Microsoft” məhsul çeşidini genişləndirmək üçün daha bir addım atdı. Bu dəfə şirkətin oyun bölməsi olan Xbox, unikal saat yaratmaq üçün Amerikalı saat istehsalçısı Meister Watches ilə əməkdaşlıq etdiyini açıqladı.

SİA-nın əldə etdiyi məlumata görə, ağ rəng sxemi ilə fərqlənən və Xbox nəzarətçisinin dizaynından ilhamlanan bu saat brendin pərəstişkarları üçün əsl sürpriz olacaq.

Vrilən məlumata görə, 250 ədəd məhdud buraxılışda Xbox-a xas “buz kristal” rəng sxemi təqdim olunacaq.

Bundan əlavə, saat qara və ağ rəngdə dəyişdirilə bilən silikon qayışlarla təchiz edilmişdir.

Təəssüf ki, bu saat sözün ənənəvi mənasında “ağıllı” deyil. O, klassik kvars saat üslubu, tarix və gün göstəricisi funksiyalarına malikdir və 50 metrə qədər suya davamlıdır. ...Yeni məhsul 80 dollara satılacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə