Apple dünyanı nəhəng iPad ilə təəccübləndirməyə qərar verib

Müxtəlif insayderlərin fikrincə, Apple tarixində ən böyük planşetini buraxmağa hazırlaşır. Phone Arena-nın məlumatına görə, gələcək nəhəng diaqonalı 14,1 düym olan OLED matrisini alacaq.

O, mövcud iPad Pro xəttini tamamlayacaq və nəticədə alıcı 11, 12,9 və 14,1 düymlük modellər arasında seçim edə biləcək. Müqayisə üçün qeyd edək ki, ən kiçik iPad mini 8,3 düymlük ekrana malikdir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hər üç iPad Pro 2024 modelində 8 GB RAM ilə güclü yeni M3 çipi təqdim olunacaq. Displeylərin hər biri 3000 nit parlaqlıq təmin edəcək və planşetlər həmçinin dəyişdirilə bilən maqnit ucları olan yeni Apple Pencil-i dəstəkləyəcək. 2020-ci ildə debüt edən və o vaxtdan bəri dəyişməmiş Magic Keyboard korpusu da transformasiya ediləcək.

Verilən məlumatlara görə, artıq bazarda 14 düymlük planşetlər var (məsələn, Galaxy Tab), lakin Apple üçün bu, açıq şəkildə eksperimental format olacaq.

Görünür, bu yolla şirkət daha çox noutbuk istifadəçisini planşetlərə keçməyə həvəsləndirmək istəyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə