“Apple” “iPhone 15 Pro”-nun həddindən artıq qızma problemlərini nəzərə alıb. Və artıq 2024-cü il “iPhone” seriyası üçün daha təkmil istilik yayma sistemi üzərində işləyir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “MacRumors” portalı cihazın prototipi ilə tanış olan insayder Kosutamiyə istinadən xəbər verir.
Beləliklə, şirkət “iPhone 16” xəttində ilk dəfə qrafendən istifadə edəcək. Qeyd edək ki, Qrafen yüksək istilik keçiriciliyinə malikdir, hazırkı “Apple” smartfonlarında istiliyin yayılması üçün istifadə edilən misdən əhəmiyyətli dərəcədə üstündür.
Eyni zamanda, “iPhone 16 Pro” və “iPhone 16 Pro Max” batareyaları qara folqa deyil, metal korpusa sahib olacaq ki, bu da cihazların daxili komponentlərinin qızdırılmasını azaltmağa kömək edəcək.
“Beləliklə, növbəti “Apple” smartfonları brendin tarixində ən keyfiyyətli smartfon ola bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə