Azərbaycan Boks Federasiyasında (ABF) Beynəlxalq Olimpiya Komitəsinin ingiltərəli həkimi, professor Mayk Luzmor və “Complexcore” fizioterapiya təşkilatının almaniyalı direktoru Tomas Taro Netzerlə görüş olub. SİA-nın verdiyi məlumata görə, görüşdə ABF-in baş katibi Nağı Səfərov, İdarə Heyətinin üzvü Rövşən Hüseynov, ABF prezidentinin müşaviri Samir Hüseynov, federasiyanın həkimləri Zaur Abdullayev, Leyla Nəsirova, fizioterapevtlər Bəxtiyar Musayevlə Fuad Əliyev iştirak ediblər.
Yığıncaqda gələcək əməkdaşlıq müzakirə olunub. Bundan əlavə, qonaqlarla ətraflı fikir mübadiləsi aparılıb və görüşlərin davamlı olacağı barədə razılıq əldə edilib.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB