Rusiyanın paytaxtı Moskvada keçirilməli olan Karate1 Premyer Liqa turnirinin yeri dəyişdiriləcək.
SİA Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına istinadən xəbər verir ki, qurumun İcraiyyə Bürosu bununla bağlı yekdilliklə qərar çıxarıb.
WKF Premyer Liqa yarışlarının sayını saxlamaq istədiyi üçün yeni məkan axtarışlarına start verib.
Qeyd edək ki, Moskvadakı turnir 7 - 9 oktyabrda keçirilməli idi.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB