Voleybolçumuz beynəlxalq kuboku qazanıb

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubunun heyətində növbəti uğurunu qazanıb. SİA-nın verdiyi məlumata görə, təcrübəli blokçumuzun komandası MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi olub.

“Vaşaş” Vyanada keçirilən yarışın finalında Sloveniyanın “Kalsit” klubu ilə üz-üzə gəlib. Macarıstan təmsilçisi rəqibini çətinlik çəkmədən məğlub edib - 3:0 (25:22, 25:16, 25:19).

Bununla da Ayşən Abduləzimovanın şərəfini qoruduğu “Vaşaş” mövsümdə ilk beynəlxalq kuboku qazanıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə