“Çelsi”nin hücumçusu Temmi Abraham hələ də “Roma”ya keçməklə bağlı qəti qərar qəbul etməyib.
Baxmayaraq ki, klublar arasında artıq razılıq əldə edilib.
SİA.az xarici mətbuta istinadən xəbər verir ki, futbolçunu şübhələrdən xilas etmək üçün “Roma”nın baş məşqçisi Joze Mourinyo ona zəng edib.
Abraham klub rəsmilərindən xahiş etmişdi ki, fikirləşmək üçün ona bir neçə gün vaxt versinlər.
Hücumçu ilə əlaqə saxlayan Joze onu inandırmağa çalışıb ki, “Roma”da karyerası daha uğurlu olacaq.
Məlumata görə, Temmi yekun qərarını Avropa Superkuboku uğrunda qarşılaşmadan sonra verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə