Polşanın “Legiya” komandasının sabiq futbolçusu Yakub Vavjinyak Varşava təmsilçisinin Çempionlar Liqasının 3-cü mərhələsində “Dinamo”ya (Zaqreb, Xorvatiya) qarşı keçirdiyi cavab oyununu şərh edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxışı haqda da fikirlərini söyləyib:
“Legiya” bu matçda son zərbələrdə uğursuz oldu. İkinci hissədə Mahir Emrelinin yaxşı imkanı oldu. Məncə, Emrelidə qərarlılıq və istək yox idi. Topa getməli, qapıya vurmalı idi.
Matçda Rafa Lopeslə Emreli birlikdə hücumda oynadı. Mənə görə, onlar Tomaş Pexart və Ernest Muçi ilə müqayisədə daha zəifdirlər. Zaqrebdəki ilk matçda da Muçi meydana sonradan daxil oldu və qol vurdu. Lopes “Dinamo” ilə matçda meydanda özünə yer axtarırdı və Emreli onunla necə oynayacağını bilmirdi. Belə güclü rəqiblərə qarşı fərqlənməyi bacaran oyunçulara ehtiyac var”.
Mahir Emreli “Legiya”nın “Dinamo”ya məğlub olduğu matçda (0:1) start heyətdə yer alıb və 56 dəqiqə meydanda qalıb. O, Tomaş Pexartla əvəzlənib.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB