Fransanın PSJ klubu Lionel Messinin transferini açıqladıqdan sonra argentinalı hücumçunun formalarını satışa çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Paris klubunun fanatları Messinin satışa çıxarılan formalarına böyük maraq göstəriblər.

Bir saat ərzində 34 yaşlı hücumçunun 250 min forması satılıb. Bununlada Messi yeni bir rekorda imza atıb, 1 saat ərzində 250 min forması satılan ilk futbolçu olub.

Fransa klubunun Messidən sonra sosial şəbəkə hesablarında da izləyici sayı iki dəfə artıb. Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə