"Barselona" kapitanı Lionel Messi ilə müqaviləni imzalamaq cəhdinə təşəbbüs göstərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klubun baş direktoru Ferran Reverter futbolçu ilə danışıqlar aparıb və ona klubda qalmaqla bağlı yeni təklif irəli sürüb. Danışıqların digər təfərrüatları açıqlanmayıb.
Avqustun 5-də "Barselona" Messi ilə razılaşmanı uzatmayacağını elan edib. Bu İspaniya La Liqasının reqlamentininin maliyyə və struktur maneələri ilə bağlıdır. 34 yaşlı Messi PSJ-yə keçidə yaxındır.
Xatırladaq ki, Messinin 2003-cü ildən formasını geyindiyi "Barselona"yla müqaviləsi iyunun sonunda başa çatıb.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB