"Neftçi" Çempionlar Liqasının II təsnifat mərhələsində

"Neftçi" Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos" ilə qarşılaşacaq. SİA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, ilk oyun iyulun 21-də Yunanıstanda, cavab matçı 1 həftə sonra Bakıda keçirəcək. Bakılılar məşhur rəqibini mübarizədən kənarlaşdırarsa, futbolçularına böyük miqdarda mükafat ödəyəcək. Komanda sensasiyaya imza atarsa, hər bir oyunçu 30 min manat irəli düşəcək.

Paytaxt təmsilçisi ilk mərhələdə Tbilisi "Dinamo"su ilə qaarşılaşıb və hər iki oyunda gürcülərə 2:1 hesabıyla qalib gəlib. Birinci raunddakı uğur "ağ-qaralar"a 10 min manat qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə