Şahmatçımız beynəlxalq festivalda mübarizəni davam etdirir

Fevralın 16-da Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində keçirilən 18-ci “Caspian Cup” festivalında dördüncü turun oyunlarında iştirak ediblər.

SİA-nın məlumatına görə, festivalın A (masters) turnirində mübarizə aparan şahmatçılarımızdan yalnız Vüqar Rəsulov maksimum xal toplayaraq liderlər qrupunda yer alıb. Digər şahmatçılarımız Misrəddin İsgəndərov və Azər Mirzəyev liderdən yarım xal geri qalırlar.

Fevralın 17-də beşinci turun oyunları keçiriləcək.

Doqquz turdan ibarət festival İsveçrə sistemi üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...