1991-ci ildə Azərbaycan müstəqillik qazanandan sonra otüstü hokkey bir neçə il fəaliyyətsiz qaldı. Yalnız ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət qayğısı nəticəsində hokkeyimizdə də bir canlanma hiss olunmağa başlandı.1994-cü ildə Bakı Neftayırma zavodunun "Azəri" idman klubunda kişi və qadınlardan ibarət otüstü hokkey komandalarının fəaliyyəti yenidən bərpa olundu. Məşqlər təşkil edilsə də nə kişi, nə də qadın hokkeyçilərimizin yarış təcrübəsinin artırılması yönümündə lazımi tədbirlər görülmürdü. Çünki, Azərbaycanda respublika birinciliyi keçirmək üçün 2 kişi və 1 qadın komandası var idi. Otüstü Hokkey Federasiyasının o dövrdəki rəhbərliyi yaranmış vəziyyətdən çıxış yolunu Ukrayna çempionatına qoşulmaqda tapsa da növbəti ildə yenidən hokkeyimizin ağır maliyyə problemləri və durğunluq dövrü başlandı.
Müstəqilliyimizdən 10 ilə yaxın müddət keçəndə isə otüstü hokkeyin mövcudluğu belə sual altına düşmüşdü. Federasiya qitə və beynəlxalq qurumlara üzvlük haqqı ödəmədiyindən milli komandalarımız növbəti rəsmi yarışlarda iştirak etmək hüququndan məhrum edilmişdilər. Xoşbəxtlikdən bu çətinliklər çox davam etmədi. 2000-ci ilin axırlarında Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev idman ilinin yekunlarına həsr olunan yığıncaqda ölkəmizdə komandalı idman növlərinə qayğının artırılmasını tövsiyə edərkən bu məsələ ilə əlaqədar müxtəlif idman qurumları və təşkilatlar üzərinə məsuliyyətli vəzifələr qoydu. Elə olimpiya idman növü olan otüstü hokkey təsərrüfatındakı canlanma da həmin dövrdən sonra başlandı. 2001-ci ilin 20 fevral tarixində nəhayət ki, uzun sürən durğunluq aradan götürüldü. Vergilər naziri Fazil Məmmədov Otüstü Hokkey Federasiyasının prezidenti, Namiq Əliyev isə vitse-prezident seçiləndən sonra hokkeyimiz özünün yeni inkişaf-tərəqqi mərhələsinə qədəm qoydu. Federasiya rəhbərliyinin ilk addımı isə yığma komandalarda gəncləşmə siyasətini həyata keçirməklə veteran hokkeyçilərə məşqçilik fəaliyyətinə keçmək təklifi ilə başlandı. Artıq 2001-ci ilin axırlarına yaxın yeni məşqçilər üçün seminarlar təşkil edildi və hələ sovet dönəmində mümkün olmayan bir addım atıldı. Qusar, Xaçmaz, Astara, Lənkəran, Cəlilabad və sonralar Masallıda, eləcə də Mingəçevir, Gəncə, Şəki və bu yaxınlarda Şəmkirdə otüstü hokkey bölmələri fəaliyyətə başladı.
2002-ci ilin yazında artıq ölkə çempionatı da təşkil edildi. Yarışda SSRİ vaxtında olduğu kimi 2-3 deyil, daha çox komanda mübarizəyə qoşuldu. Həmin il bölgə təmsilçiləri Sumqayıt və Bakı hokkeyçilərindən ayrı çıxış etsələr də növbəti ilin Azərbaycan birinciliyində artıq bütün komandalar birgə yarışdılar. Yekunda ilk 6 yeri tutanlar güclülər, 2-ci altılıq isə I dəstəni formalaşdırdı. Hazırda yaz-payız sistemi ilə keçirilən çempionatımızda kişilərdən ibarət 13 komanda 3 dəstədə yarışır. Qadınların birinciliyində isə 6 klub mübarizə aparır. Demək olar ki, federasiya rəhbərliyi tərəfindən kütləviliyin bünövrəsi qoyulub.
Fərəhli haldır ki, beynəlxalq aləmdə də hokkeyçilərimizin uğurlu çıxışları bir-birini əvəz etməyə başlayıb. Bu yarışlarda qadınlarımızın nailiyyətləri daha çoxdur.
2002-ci ildə Şaulyayda keçirilən Avropa çempionatının seçmə yarışlarında qadınlardan ibarət milli komandamız qitə birinciliyinin final mərhələsində iştirak etmək hüququna sahib oldu.
2003-cü ilin sentyabr ayında İspaniyada keçirilən final mərhələsində milli komandamız Avropanın 12 kollektivi arasında 9-cu nəticə göstərdi. Elə həmin il Avropa Hokkey Federasiyası yarışların keçirilməsi formatında dəyişiklik etdi. Belə ki, iki ildən bir təşkil olunacaq qitə çempionatında 3 divizyon müəyyənləşdirildi. Barselona yarışlarının yekununda ilk 8 yeri tutanlar güclülər dəstəsində, IX-XII yerlərə layiq görülənlər və qitədə reytinqli yüksək olan daha 4 milli komandanın "Trofi" və nisbətən 8 zəif ölkə hokkeyçilərinin isə "Çelenc" turnirlərində iştirak etməsi qərara alındı.
2003-cü il Azərbaycan hokkeyi üçün Bakıda süni örtüklü hokkey kompleksinin tikilib istifadəyə verilməsi ilə də əlamətdar oldu.
Elə həmin il qadın hokkeyçilərindən ibarət "Atasport" komandası Avropa kuboku uğrunda "Çelenc" turnirini 1-ci yerdə başa vuraraq növbəti mövsümdə "Trofi" yarışlarında da həmin uğuru təkrar etməklə Avropanın 8 ən güclü klubu sırasına çıxdı.
2005-ci ildə Hollandiyanın Hertogenboş şəhərində qadın otüstü hokkeyçilərimiz Avropa Klub Çempionlarının Kuboku uğrunda turnirdə debütünü parlaq nəticə ilə qeyd etdi. Qızlarımız yalnız final görüşündə yerli "Hertogenboş" klubuna məğlub olaraq gümüş medallara layiq görüldülər. Bu isə Azərbaycanın komandalı idman növləri arasında bütün dövrlər üçün ən yüksək nəticə kimi tarixə düşdü. Bu münasibətlə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev komanda üzvlərini və Federasiya rəhbərliyini rəsmi qəbul edərək qazanılan qələbə münasibəti ilə onları təbrik etmişdi. Sonrakı illərdə "Atasport" hokkeyçiləri Avropa Klub Çempionlarının kuboku uğrunda turnirdə bir qayda olaraq 4-cü yeri tutdular. 2009-cu ildə isə son 3 ildəki ənənəni pozan komandamız qitə kubokunun bürünc medalına layiq görüldü. Ötən il Almaniyada yeni formatda keçirilən Avropa Çempionlar Liqası turnirində "Atasport" 12 klub arasında ilkin mərhələdə uğurlu çıxış edərək "Dördlər finalına" vəsiqə qazandı. Lakin dördlərin Hollandiyada təşkil olunan həlledici turnirində qadın hokkeyçilərimiz güclü rəqibləri ilə mübarizədə uğur qazana bilməsələr də qitənin 4 ən güclü klubundan biri olmağı bacardılar ki, bunun özü də şərəfli bir işdir.
Maraqlıdır ki, qadın otüstü hokkeyçilərdən ibarət milli komandamızın Avropa Çempionatının "Trofi" yarışında 1-ci yeri tutaraq qitənin 8 ən güclü kollektivi arasında yarışmaq hüququ əldə etməsi də 2005-ci ilə təsadüf edir.
2006-cı ildə qızlarımız Roma şəhərində yığma səviyyəsində ilk dəfə qoşulduğu Dünya çempionatının seçmə yarışlarında 3 il əvvəl qitə birinciliyində olduğu kimi, 12 iştirakçı arasında 9-cu yeri tutdu.
Federasiya rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü fəaliyyət və islahatlar nəticəsində ölkəmizə Avropa çempionatı və qitə kuboku uğrunda yarışlardan sonra 2007- ci ilin iyun ayında daha bir mötəbər turniri təşkil etmək həvalə olundu. "AtaHolding Çelenc" kuboku yarışında dünya reytinq cədvəlində ikinci altılığa daxil olan Çin, Koreya, Yeni Zelandiya, ABŞ, İngiltərə və Azərbaycanın milli komandaları mübarizə apardı. Qarşıdakı qitə birinciliyi ərəfəsində əcnəbi mütəxəssislər qızlarımızın güclü rəqiblərə qarşı yüksək səviyyəli oyun nümayiş etdirdiklərini xüsusi vurğuladılar. Həmin ilin sentyabr ayında İngiltərənin Mançester şəhərində Avropa çempionatının güclülər qrupunda ilk dəfə debüt edən milli komandamız acınacaqlı da olsa, yalnız topların fərqinə görə yarımfinal mərhələsindən kənarda qaldı. Yekunda isə qadın hokkeyçilərimiz 5-ci yeri tutdular. Ancaq həmin yarışda ilk üçlüyə düşməklə Pekin Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə də qazanmaq olardı.
2008-ci ilin aprel ayında qadın hokkeyçilərdən ibarət milli komandamız tarixi şans qazandı. Beynəxalq Hokkey Federasiyası Pekin Olimpidasında mübarizə aparacaq daha 3 iştirakçını müəyyənləşdirmək üçün üç turnirdən birinin Bakıda keçirilməsinə qərar verdi. Federasiyamız tərəfindən mill komandamız üçün kifayət qədər şərait yaradılsa da bu imkandan maksimum istifadə olunmadı. Beləki, ilkin mərhələdə Belarus, Çili, Keniya və Ukrayna təmsilçilərinə qalib gələn hokkeyçilərimiz İspaniya yığmasına uduzsalar da ikinci yeri tutmaqla finala vəsiqə qazandılar. Ancaq ispanlar bu dəfə də məğlubedilməz oldular. Əlbəttə, həlledici matçda İspaniya hokkeyçilərinin 3:2 hesablı qələbəsində bir sıra subyektiv amillərin də çox böyük təsirini qeyd etməliyik. Lakin, artıq hər şey arxada qalıb. Deməli yeni qüvvə ilə daha ciddi hazırlaşmaq, Pekində mümkün olmayan şərəfli və məsul işi növbəti London Yay Olimpiya Oyunlarında reallaşdırmaq lazımdır. Elə Federasiyamızın rəhbərliyi yeni dəvət etdiyi koreyalı baş məşqçi və onun köməkçiləri qarşısına da məhz bu vəzifəni qoyub.

Qadın komandalarından fərqli olaraq, kişi hokkeyçilərimiz o qədər də böyük uğur qazana bilməyiblər. Bunun da səbəbləri aydındır. Yuxarıda qeyd olunduğu kimi, 2001-ci ildə federasiyamızda aparılan struktur dəyişikliklərindən sonra milli komandada gəncləşmə prosesi həyata keçirildi və heyətdə yaşı yalnız 20-yə qədər olan hokkeyçilərin oynamasına üstünlük verildi. Yığmamız uzun fasilədən sonra 2005-ci ilin sentyabr ayında Maltada Avropa çempionatının "Çelenc" yarışlarına qoşularaq finala qədər irəlilədi. Lakin danimarkalılarla həlledici oyunda hakimlərin kobud səhvləri və yarışın Təşkilat Komitəsinə rəhbəlik edənlərin yalan vədləri nəticəsində komandamız daha yuxarı divizyona vəsiqə qazana bilmədi.
2007-ci ildə Rusiyanın Kazan şəhərində analoji yarışa qoşulan kişi hokkeyçilərimiz 8 komanda arasında IV yeri tutdu. 2009-cu ilin yayında həm qadın, həm də kişi otüstü hokkeyçilərdən ibarət milli komandalarımız Avropa çempionatlarında növbəti dəfə mübarizə aparıblar. Qadın hokkeyçilərimizin həmin yarışda güclülər sırasında yerini mühafizə edərək qitənin 6-cısı olmasının və dünya reytinqində 14-cü yeri tutmasının özü də yaxşı nəticədir. Kişi hokkeyçilərimiz isə beynəlxalq reytinq cədvəlində 44-cü yerdə qərarlaşıb. Hazırda hər iki milli komandamız bu ilin iyul bə avqust aylarında keçiriləcək növbəti Avropa çemionatında yüksək yerlər tutmaq uğrunda ciddi hazırlaşır.

Federasiyamızın beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri də ildən-ilə möhkəmlənir. Ölkəmizdə fəaliyyət göstərən "AtaHolding" ASC-i Beynəlxalq, "Azpetrol" şirkəti isə Avropa Hokkey Federasiyalarının partnyorlarından biri olmaqla, bu idman növünün daha da geniş inkişafına çalışırlar. Bütün bu mehriban əməkdaşlıq münasibətlərinin nəticəsidir ki, 2009-cu ildə Avropa Kuboklarda Azərbaycanı əvvəllər olduğu kimi bir qadın və bir kişi klubu deyil, hərəsindən iki komanda təmsil edəcək. Bir sözlə, ölkə hokkeyində kütləviliyə doğru hissediləcək addımlar atılıb. Ehtiyat qüvvənin hazırlanması da Federasiya rəhbərliyinin əsas fəaliyyət proqramına çevrilib.
Federasiya rəhbərliyinin göstərdiyi qayğı nəticəsində son 10 ildə 21 yaşadək qız və oğlan otüstü hokkeyçilərdən ibarət Azərbaycanın seçmə komandaları 5 dəfə 2 ildən bir keçirilən Avropa birinciliklərində ölkəmizin idman şərəfini qoruyublar.
Ötən il Azərbaycan hokkeyi tarixində ilk dəfə olaraq 16 yaşınadək oğlanlardan ibarət seçmə kollektivimizin də Avropa birinciliyində çıxış etməsinin bünövrəsi qoyulub. 18 yaşlı hokkeyçi qızlar və oğlanlardan ibarət yığma komandalarımız isə qitə çempionatında ilk dəfə bu ilin iyul ayında debüt edəcəklər.
Ümumiyyətlə, olimpiya idman növü olan otüstü hokkeyin ölkəmizdəki mövcudluğunun 42 ili ərzində son 10 ildəki keçdiyi yoldan, qazanılan uğurlardan söhbət açarkən bizdə belə bir inam yaranır ki, Federasiya rəhbərliyinin tükənməz qayğısı nəticəsində Azərbaycanda otüstü hokkey növü daha da inkişaf edəcək və komandalarımız qarşıdakı illərdə öz parlaq qələbələri ilə xalqımızı dönə - dönə sevindirəcəklər.

Adil Paşayev
Azərbaycan Otüstü Hokkey
Federasiyasının baş katibi, Azərbaycan
Respublikasının əməkdar məşqçisi
Azərbaycan Otüstü Hokkey
Federasiyasının baş katibi, Azərbaycan
Respublikasının əməkdar məşqçisi
Bütün xəbərlər Facebook səhifəmizdə