III MDB Oyunlarında bürünc medal qazanmış Azərbaycan voleybolçuları ilə görüş olub - FOTOLAR
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında bürünc medal qazanmış voleybolçu qızlardan ibarət U-15 yığmasının üzvləri ilə görüşüb. AVF-dən SİA-ya bildirilib ki, federasiya rəhbəri ilk olaraq komandanın oyunçularını və məşqçilər heyətini bürünc medal münasibətilə təbrik edib. O, bu mükafatı AVF-nin uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin uğurlu nəticəsi kimi dəyərləndirib.
Ş.Bağırov yeniyetmə voleybolçulara daim öz üzərlərində yaxşı çalışmalarını, gələcəyin güclü, tanınmış voleybolçusu olmaq, əsas millimizin heyətində yer almaq üçün hər zaman ciddi səy göstərmələrini tövsiyə edib, onlara qarşıdakı yarışlarda və karyeralarında uğurlar arzulayıb.
Sonra AVF-nin vitse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev və baş katib Faiq Orucov federasiya tərəfindən ölkəmizdə uşaq və yeniyetmə voleybolunun inkişafı istiqamətdə işlərin davam etdirildiyini bildiriblər, həm qızlar, həm də oğlanlardan ibarət komandalarımızın yaxın gələcəkdə daha böyük uğurlar qazanacağına inamlarını ifadə ediblər.
Xatırladaq ki, qızlardan ibarət Azərbaycan millisi MDB Oyunlarında bürünc medal uğrunda görüşdə Özbəkistan seçməsinə 3:1 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB