Nizami və Qaradağ rayonlarında oğurluq edənlər saxlanılıblar

Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən məişət əşyalarının talandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı E.Həsənov saxlanılıb.

Binəqədi rayonu Biləcəri qəsəbəsində isə avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş R. Ağarzayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə