AFFA-nın prezidenti milli komanda ilə görüşüb

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də keçiriləcək Azərbaycan – Xorvatiya oyunu ərəfəsində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, R.Abdullayev millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə