İyunun 4-də AFFA və AccessBank-ın birlikdə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil etdiyi "II Caspian Cup" beynəlxalq turnirinə yekun vurulacaq. Siasport.az saytının məlumatına görə, artıq turnirin qalibi adı uğrunda oyunda A qrupunda lider olan Azərbaycan yığması B qrupunda birinci yeri tutmuş Gürcüstan komandası ilə qarşılaşacaq.

Məlumat üçün bildirək ki, qrup mərhələsinin yekun turnir cədvəlinə uyğun olaraq son oyun gününün təqvimi belədir:

VII yer uğrunda oyun

Qırğızıstan – Yaponiya

Saat 10:00. AZAL Arena

V yer uğrunda oyun

Litva – Türkiyə

Saat 10:00. \"Dalğa Arena\"

III yer uğrunda oyun

Qazaxıstan – Özbəkistan

Saat 17:00. \"Dalğa Arena\"

Final

Azərbaycan – Gürcüstan

Saat 19:30. \"Dalğa Arena\".

Bütün xəbərlər Facebook səhifəmizdə