41 yaşında 968-ci qolunu vurdu...

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo artıq 1000 qol hədəfinə yaxınlaşır. Ulduz futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasının 28-ci turunun "Əl-Ohdud"la keçirilən görüşündə daha bir qol vurub.

"Əl-Nəsr"in hücumçusu 2:0 hesabı ilə qalib gəldikləri matçın 15-ci dəqiqəsində topu rəqib qapısından keçirib. Bu, 41 yaşlı hücumçunun karyerasının 968-ci qolu olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə