"Borussiya" bu futbolçu ilə müqaviləni yenilədi

"Borussiya" bu futbolçu ilə müqaviləni yenilədi

Almaniyanın "Borussiya" (Dortmund) komandası müdafiəçi Niko Şlotterbek ilə müqavilənin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin vaxtı 2027-ci ildə başa çatmalı idi. Futbolçu "Borussiya"da ümumilikdə 155 oyun keçirib və 10 qolla yadda qalıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə