"Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib

"Şəki" komandası Azərbaycan Basketbol Liqasında pley-offa vəsiqə qazanıb.

SİA-nın məlumatına görə, bölgə təmsilçisi pley-in mərhələsinin ikinci oyununda "Quba" ilə üz-üzə gəlib.

Qarşılaşma "Şəki"nin qələbəsi ilə bitib - 120:77. İlk görüşdə də qalib gələn kollektiv (101:89) pley-offa yüksəlib.

Günün ikinci matçında "Sərhədçi" "Naxçıvan"la münasibətlərə aydınlıq gətirəcək. İlk oyunda naxçıvanlılar qalib gəlib - 98:87.

Bütün xəbərlər Facebook səhifəmizdə