Azərbaycan U-19 millisinin seçmə mərhələ üçün heyəti açıqlanıb

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən aprelin 9-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

SİA xəbər verir ki, U-19 aprelin 11-dən 17-dək Xorvatiyada Avropa çempionatının seçmə mərhələsinin II raundunda mübarizə aparacaq. Yığma B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq.

U-19-a dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq: Nərgiz Ağaliyeva, Yelizaveta Vaysman, Arzu Cəfərova, Mədinə Qədiməliyeva, Arzu Ağaliyeva, Bədriyyə Mavludova (hamısı Şəfa), Firuzə Bayramova, Vahidə Əlipaşayeva (hər ikisi "Dirçəliş"), Mədinə Curuqova, Xanım Əsədova, Məsumə Nəzərli, Ayşən Salamzadə (hamısı "Neftçi"), Səma Əsədova, Aygün Novruzova, Aysu Əsədova (hamısı "Sabah"), Ülviyyə İslamova ("Baku Juniors"), Pərişan Abdullayeva, Ayan Abdiyeva (hər ikisi "Liman")

11 aprel

14:00. Xorvatiya (U-19, qadınlar) – Azərbaycan (U-19, qadınlar)

Baş hakim: Henrikke Nervik (Norveç)

Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Jasmin Matisiak (Almaniya)

Dördüncü hakim: Angelika Soeder (Almaniya)

Karlovaç, “Branko Çavloviç-Çavlek” stadionu

14 aprel

16:00. Çexiya (U-19, qadınlar) – Azərbaycan (U-19, qadınlar)

Baş hakim: Eqlantina Pyetruşay (Albaniya)

Baş hakimin köməkçiləri: Paola Şayl (Albaniya), Iva Yaniç (Xorvatiya)

Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya)

Luçko stadionu

17 aprel

14:00. Azərbaycan (U-19, qadınlar) – Gürcüstan (U-19, qadınlar)

Baş hakim: Henrikke Nervik (Norveç)

Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Iva Yaniç (Xorvatiya)

Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya)

Luçko stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə