Bu gün qadın voleybolçular arasında Yüksək Liqada 1/4 final mərhələsinin ikinci oyunları keçiriləcək.
SİA xəbər verir ki, "Turan" Tovuzda “Murov Az Terminal"ı sınağa çəkəcək. Matç saat 16:00-da başlayacaq.
"DH Volley" isə son çempion "Azərreyl"lə qarşılaşacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq görüş saat 18:00-da start götürəcək.
"Turan" və "DH Volley" ilk qarşılaşmalarda quru hesabla qalib gəlib - 3:0.
Mərhələnin digər oyunları aprelin 3-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB