Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2026-cı il aprelin 1-nə olan reytinq cədvəlini açıqlayıb.
GİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, siyahının ilk iki pilləsində güləşçilər yer alıblar. Reytinqə 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov başçılıq edir. İkinci sırada sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) qərarlaşıb. Cüdoçu Zelim Kotsoyev 440 xalla üçüncüdür.
İlk "onluq"da, həmçinin Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370), Murad Əhmədiyev (yunan-Roma güləşi, 320), Zelim Tçkayev (cüdo, 320 xal), Arseni Cioyev (sərbəst güləş, 320) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB