Futbol üzrə Millətlər Liqasının növbəti 2026/27 mövsümü üçün C və D divizionlarına yerlər uğrunda cavab oyunları keçirilib.
SİA xəbər verir ki, Lüksemburq ilk oyunda səfərdə 2:0 hesabı ilə qalib gəldiyi Maltanı bu dəfə evdə 3:0 hesabı ilə məğlub edib. 2 matçın cəmində Lüksemburq 5:0 hesablı qələbə qazanıb.
Latviya isə ardıcıl ikinci dəfə Cəbəllütariqi 1:0 hesabı ilə üstələyib.
Beləliklə, Latviya C Liqasının 2-ci qrupunda Ermənistan, Monteneqro və Kiprlə, Lüksemburq C Liqasınn 4-cü qrupunda Estoniya, İslandiya və Bolqarıstanla oynayacaq. Cəbəllütariq və Malta isə D Liqasının 1-ci qrupunda Andorra ilə birgə mübarizə aparacaqlar.
Lüksemburq - Malta - 3:0
Qollar: Tiel, 20, Sinani, 51, De Sousa, 70.
İlk oyun - 2:0
Latviya - Cəbəllütariq - 1:0
Qol: Çernomordijs, 90+3.
İlk oyun - 1:0
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB