28 yaşlı futbolçu "qırmızı şeytanlar"ın transfer hədəfində

İngiltərənin "Mançester Yunayted" klubu daha bir transfer üçün hazırlıqlara başlayıb. "Football Insider"in xəbərində deyilir ki, "Qırmızı şeytanlar" "Fulhem"in futbolçusu Entoni Robinsonu heyətinə qatmaq istəyir. Əgər danışıqlar baş tutarsa, 28 yaşlı müdafiəçi yayda "qırmızı şeytanlar"a keçə bilər. E. Robinson cari mövsüm 19 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Lakin London təmsilçisi ABŞ-dən olan oyunçunu ucuz qiymətə satmaq niyyətində deyil.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə