İngilis klubu 5 penaltı qaytaran qapıçıya "elçi düşüb"

Tottenhem” mövsümün sonunda qapıçı mövqeyində dəyişiklik etməyi planlaşdırır. “Daily Mail” nəşrinin yazdığına görə, London klubu komandadan ayrılması gözlənilən Qulyelmo Vikarionu əvəzləmək üçün bir neçə namizədi nəzərdən keçirir. Siyahıda “Frayburq”dan Noa Atubolu, “Kristal Pelas”dan Din Henderson və “Mançester Siti”dən Ceyms Traffordun adları yer alır. Traffordun transferinin təxminən 35 milyon funt sterlinqə başa gələ biləcəyi bildirilir.

Atubolu isə daha sərfəli variant sayılır. Almaniya U-21 millisinin üzvü olan qapıçı oyun üslubuna görə Manuel Noyerlə müqayisə edilir və Bundesliqada ardıcıl 5 penalti qaytarmaqla diqqət çəkib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə