"Zirə" bu gün Yevlaxda, "Sabah" isə Bakıda meydana çıxacaq

Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.

SİA-nın məlumatına görə, ilk olaraq "Zirə" "Karvan-Yevlax"ın qonağı olacaq.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. Cari mövsüm avrokuboklara vəsiqəni hədəfləyən "Zirə" 39 xalla 5-ci pillədə qərarlaşıb. Yevlax təmsilçisi 8 xalla sonuncu - 12-ci sıradadır.

Günün ikinci görüşündə "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Matç "Bank Respublika Arena"da, saat 19:15-də başlayacaq. Bakı klubu 59 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 32 xalla 7-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

III dövrə, XXV tur

19 mart

15:00. "Karvan-Yevlax" - Zirə"

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Yevlax şəhər stadionu

19:15. "Sabah" – "Sumqayıt"

Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

"Bank Respublika Arena"

Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı minimal hesabla üstələyib - 1:0.

Bütün xəbərlər Facebook səhifəmizdə