"Bavariya" 16 yaşlı qapıçını "Atalanta"ya qarşı meydana buraxacaq

“Bavariya” klubu UEFA Çempionlar Liqasının 1/8 finalında “Atalanta” ilə cavab oyunundan öncə qapıçı problemi yaşayır. “FCBinside.com” nəşrinin məlumatına görə, Sven Ulreyxin zədələnməsi səbəbindən onun matçda iştirakı sual altına düşüb.

Komandanın ikinci qapıçısı Yonas Urbiqin də vəziyyəti qeyri-müəyyəndir. Hər iki qolkiper oyuna hazır olmazsa, baş məşqçi Vinsent Kompani qapını 16 yaşlı Leonard Preskota tapşıra bilər. Bu halda gənc qapıçı əsas komandada debüt edəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə