Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb.
Əvvəlcə "Kəpəz" əzəli rəqiblərindən olan "Turan Tovuz"la qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandaların ilk iki dövrədəki oyunlarında "Turan Tovuz" qalib gəlib - 3:0, 2:0.
Turun və günün son matçında "Qəbələ" öz meydanında "Neftçi"ni qəbul edib. Qarşılaşma"ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi" ilk dövrədə 2:0, 2-ci dövrədə isə 1:0 hesabı ilə "Qəbələ"yə qalib gəlib.
15 mart (bazar)
Misli Premyer Liqası, 24-cü tur
18:00. “Qəbələ” – “Neftçi” - 1:3
Qol: Seydina Keyta, 19-pen. (1:0), Bassala Sambu, 22 (1:1), Emin Mahmudov, 69-pen. (1:2), Murad Məmmədov, 77 (1:3)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Qəbələ şəhər stadionu
15:00.“Kəpəz” – “Turan Tovuz” - 1:1
Qollar: Rəhman Hacıyev, 55 (1:0), Joarlem Santos, 61 (1:1)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Rahil Ramazanov
Yevlax şəhər stadionu
13 mart (cümə)
“Sumqayıt” - “Şamaxı” - 0:1
“Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1
14 mart (şənbə)
“Zirə” - “Qarabağ” - 1:3
“İmişli” - “Sabah” - 0:5

Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB