Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb, ilk qaliblər bəlli olub - FOTOLAR
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
SİA xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış qadın atletlərin mübarizə ilə başlayıb. Mükafatlar uğrunda paytaxt və bölgələri təmsil edən 80-ə yaxın idmançı yarışır.
Ölkə çempionatının açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bötüvlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən AAF-ın vitse-prezidenti Firdovsi Umudov federasiya rəhbərliyi adından yarış iştirakçılarını salamlayıb. Respublikada idmana və idmançılara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini diqqətə çatdıran Firdovsi Umudov, ölkədaxili yarışların önəmindən danışıb. O qeyd edib ki, Olimpiya Təsnifat yarışları ərəfəsində AAF rəhbərliyi tərəfindən idmançıların hazırlığına xüsusi həssaslıqla yanaşılır.
İlk yarış günü qadınların mübarizəsində VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Nuray Əbilova 53 kq çəki dərəcəsində qalib olub. O iki hərəkətin cəmində 138 kq (60 kq+ 78 kq) nəticə göstərib.
Türkanə Eminova 58 kq çəki dərəcəsində göstərdiyi 120 kq (57 kq + 63 kq) nəticə ilə birinci yeri tutub.
Milena Hüseynli 63 kq çəki dərəcəsində 98 kq (43kq + 55 kq) göstərici ilə qalib adını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB