FIBA Çempionlar Kuboku: Azərbaycanın 3x3 basketbol millisi İspaniya ilə qarşılaşacaq
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına bu gün çıxacaq.
SİA xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 12:10-da start götürəcək.
Ötən gün Kanadaya uduzan (10:16) komanda Tailandı (21:8) məğlub edib. Qrupda ilk iki pilləni tutan kollektivlər yarımfinala vəsiqə qazanacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB