Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokuna məğlubiyyətlə start verib.
SİA-nın məlumatına görə, B qrupunda yer alan yığma birinci oyununda Kanada ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 16:10.
Milli saat 16:05-də meydan sahibləri ilə münasibətlərə aydınlıq gətirəcək. Yığma sabah İspaniya ilə görüşəcək.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB